İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım tatarları Rusiyanın qəzəbinə gəlib

1712 25.11.2014 21:33 Son xəbər A A


Krımın işğalından sonra yerli tatarların ciddi təqiblərlə üzləşməsindən söhbət açan qəzet yazır ki, Seyran o günü Krım yarımadasının Rusiya tərəfindən işğalına etiraz edən dostları ilə görüşüb. Onlar bu işğala birlikdə etiraz ediblər. 

“Timur Şaymərdanov yaxa çıxmışdı. 33 yaşlı Zinəddinov yoxa çıxan dostunun harada ola biləcəyini araşdırmağa çalışıb. Ancaq 6 ay keçsə də o, buna nail ola bilməyib. Şaymərdanov evə dönmədi, elə Zinəddinov da eyni aqibətlə üzləşdi”, məqalədə deyilir. 

“Polis cinayət işi açsa da, heç bir irəliləyiş yoxdur.  Elə bil ki, o, buxarlanaraq yoxa çıxıb. Əminəm ki, onun yoxa çıxması, onun əqidəsi ilə bağlıdır. O, hesab edirdi ki, Krım Ukraynada qalmalıdır”.

Qəzet yazır ki, Zinəddinov da, Şaymərdanov da krım tatarıdır, onlar 320 minlik etnik azlığı təmsil edirlər. Krımdakı rusdilli çoxluqdan fərqli olaraq onlar yarımadanın Ukraynanın tərkib hissəsi kimi qalmasını istəyirdilər. Ona görə də Rusiyanın təşkil etdiyi referendumu və yerli seçkilər boykot etdilər. 

“Onların fərqli fikirdə olması repressiyalarla üzləşməsinə səbəb oldu. Həmin repressiyaları isə Moskvaya bağlı hərbiləşmiş qüvvələr həyata keçirirdi. Həmin əməliyyatlara Rusiya kəşfiyyatı dəstək verirdi. İndiyə kimi 15 nəfər tatar ya öldürülüb, ya da yoxa çıxıb”.

Qəzet bildirir ki, Rəşid Ametov martda keçirilmiş anti-Rusiya mitnqində Moskvaya bağlı adamlar tərəfindən saxlanılıb. Bir neçə gündən sonra isə onun meyiti tapıldı. Onun paltarını soyundurublar, qollarında isə qandal vardı. Gözlərinə əski bağlanmış vəziyyətdə tapılmışdı. O gün Lionid Korj-Ukraynaya bağlı siyasi fəal da yoxa çıxdı. Elə həmin həftə Zinəddinov  və  Şaymərdanov da itkin düşdü.

Sentyabr ayında isə əmioğlu olan İslam Cabbarov və Cövdət İslamovu qara hərbi formada olan şəxslər maşına basaraq naməlum istiqamətdə aparıblar. 

Qəzet onu da bildirir ki, prezident Putin tatarların hüquqlarına hörmətlə yanaşmağa söz verib.

“Rusiya tatarların iki tanınmış liderinə Krıma daxil olmağı 5 il müddətinə yasaq etdi. Silahlı adamlar məscid və mədrəsələrdə, ictimai yerlərdə, şirkət və mənzillərdə axtarış aparmaqda davam edirlər”.

Adının çəkilməsin istəməyən tatar hüquq müdafiəçisi deyib ki, Krım Ukraynanın tərkibində olanda da biz diskriminasiya ilə üzləşirdik. Ancaq indi vəziyyət daha da pisləşib. Tatarlara heç  etiraz mitinqi keçirməyə də imkan vermirlər.

Elbəyi Həsənli 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR