İnsanlara hürriyət, millətlərə istiqlal!

Komada olan boksçu ayıldı

906 17.12.2018 00:57 İdman A A

Komada olan kanadalı boksçu Adonis Stivenson ayılıb.

Oxu.Az TVA portalına istinadən xəbər verir ki, dekabrın 6-da əməliyyat olunan idmançı gözlərini açarkən yanında həyat yoldaşını görüb.

Həkimlər bunu Stivensonun müalicəsində irəliləyişin ilk əlaməti kimi dəyərləndirib.

Qeyd edək ki, Stivensonu nokauta ukraynalı boksçu Aleksandr Qvozdik salıb. Bu, döyüşün 11-ci raundunda baş verib.

Nokauta düşən Stivenson beyinə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR