İnsanlara hürriyət, millətlərə istiqlal!

Klub turnirlərində 19 ölkənin 48 komandası qalır

408 14.12.2018 17:04 İdman A A

UEFA-nın klub turnirləri olan Çempionlar Liqası və Avropa Liqasında qrup raundları arxada qaldı.

Novator.az-ın məlumatına görə, 237 klubun buraxıldığı mövsümü 2019-cu ilin fevralından 19 ölkənin 48 komandası (Çempionlar Liqasında 16, Avropa Liqasında 32 klub) davam etdirəcək.

Təsnifat və qrup mərhələlərini yalnız İspaniya (7 komanda) itkisiz başa vurub.

İngiltərə 6, İtaliya və Almaniya 5, Fransa və Portuqaliya 3, Rusiya, Belçika, Ukrayna, Türkiyə, Avstriya, Çexiya 2, Hollandiya, Yunanıstan, İsveçrə, Xorvatiya, Şotlandiya, Belarus və İsveç 1 komanda ilə təmsil olunur.

Qrup mərhələlərinin ardından klub reytinqində İspaniya birincidir: 97,569 əmsal.

2018-2019 mövsümünə 4 komanda ilə başlayan və bütün təmsilçilərini itirən Azərbaycan 19,000 əmsalla 55 UEFA üzvü arasında 26-cı pillədə durur.

Reytinq UEFA üzvlərinin Çempionlar Liqası və Avropa Liqasında son beş mövsümdə qazandığı əmsala əsaslanır. Qrup raunduna qədər qələbə 1, heç-heçə yarım xal; qrupda və sonrakı mərhələlərdə qələbə 2, heç-heçə 1 xaldır. Çempionlar Liqasının qrupuna düşmək 4 bonus xalı, 1/8 finala çıxmaq 5 bonus xalı, hər iki turnirin 1/4 finalına, yarımfinalına və finalına yüksəlmək 1 bonus xalı verir. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR