İnsanlara hürriyət, millətlərə istiqlal!

“İşğalçı ilə savaş həm də bir beyin oyunudur” - politoloq

1066 14.12.2016 09:30 KİVDF layihələri A A

“Eynulla Fətullayevin siyasi görüşlərini bəyənib-bəyənməmək hər kəsin şəxsi işidir. Eynulla Fətullayev Ermənistan vətəndaşı jurnalist Süzan Caginyanı işə götürüb. Bu o şəxsdir ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır, Xocalı abidəsi qarşısında baş əyib”.

Bunu politoloq Elxan Şahinoğlu deyib: “Məgər biz demirik ki, Azərbaycan qanunlarını qəbul edən Qarabağ ermənilərini heç bir təhlükə gözləmir, onlar Azərbaycanın tərkibində rahat yaşayacaqlar? İndi Bakıda haqqın.az sayında işə düzələn Suzan Caqinyan Azərbaycanın bütün arqumentlərini qəbul edir, bu bir ilkdir və bundan istifadə etmək lazımdır”.
Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağ üzərindəki hüququnu tanıyan ermənilərin sayının getdikcə çoxalması Ermənistan hakimiyyətini, o cümlədən erməni lobbisini də çaşdırıb və bu duruma reaksiya verə bilmirlər: “Onlar gözləmirdilər ki, Dağlıq Qarabağın Azərbaycana bağlı olduğunu deyən həmyerliləri olsun. 

Ona görə də ”erməni jurnalist Azərbaycandan rədd olsun" şüarını yanlış və zərərli hesab edirəm. Həmin erməninin Bakıdan qovulması Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın çörəyinə yağ sürtmək, onun arqumentini gücləndirmək deməkdir. Çünki məhz Köçəryan deyirdi ki, ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, ortada etnik dözümsüzük var. İndi biz əksini sübut etməliyik.

Mən hakimiyyətin xeyir-duası ilə yaradılan “sülh platformasın”da da qəbahətli heç nə görmürəm. Əgər bu platforma ətrafında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki haqlarını qəbul edən ermənilərin sayı çoxalacaqsa, bunun nəyi pisdir ki? Şəxsən mən Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə inanmıram, işğalçıya təzyiq lazımdır. Ancaq bir əlimizdə silah olmalıdırsa, digər əlimizdə kağız və qələm də olmalıdır ki, erməni cəmiyyətinə müxtəlif ismarışlar göndərək. Bu işdə bizə məhz “sülh platformasında” yer alan erməni fəallar kömək etməli olacaqlar. Onların sayı da getdikcə artır. İşğalçı ilə savaş yalnız cəbhə bölgəsində getmir, bu, həm də bir beyin oyunudur və bu yarışda da düşməndən öndə olmaq məcburiyyətindəyik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR