İnsanlara hürriyət, millətlərə istiqlal!

KİVDF jurnalistləri mükafatlandırdı - "Yeni Müsavat"ın müxbiri 1-ci yerdə... (Fotolar)

1281 18.03.2019 19:58 Media A A

Fondun 10 illik yubileyi və Novruz bayramı möhtəşəm keçdi

Bu gün Altun Saray restoranında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı və fondun yaranmasının 10 illiyi münasibətilə təşkil etdiyi jurnalist müsabiqəsinin qaliblərinin elan olunması tədbiri keçirildi.


Öncə KİVDF barədə çəkilən film nümayiş etdirildi. Ardınca fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək KİVDF-nin fəaliyyəti, jurnalist müsabiqəsi barədə məlumat verdi. O, bildirdi ki, ildən-ilə jurnalist müsabiqəsinə diqqət daha çox artır və bu müsabiqə jurnalistlərin daha da peşəkarlaşması istiqamətində mühüm nailiyyətlərə imza atıb.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri, prezidentin köməkçisi Əli Həsənov isə çıxışında Fondun Azərbaycan jurnalistikasının inkişafında mühüm rol oynadığını bildirdi.

f216648b-02c8-4bce-8f7d-c74768bd1528.jpg (121 KB)

Onun sözlərinə görə, Fondun yaradılması təşəbbüsünü prezident İlham Əliyev irəli sürüb: "11 il bundan qabaq KİV DF konsepsiyası yaradılıb. 10 il müddətində bu fondun media orqanlarına yardımı, dəstəyi tam şəffaf olub. Bu günə qədər jurnalistlərə və media orqanlarına yardım, mükafat və evlərin paylanmasında da tam şəffaflıq olub. Milli liderdən sonra İlham Əliyev qədər jurnalistlərə yardım edən ikinci siyasətçi tanımıram".

Millət vəkili, Respublika Ağsaqqallar Şurasının rəhbəri Fəttah Heydərov Azərbaycan mediasının inkişafında görülən işləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, ölkənin inkişafının təbliğatında medianın rolu əvəzsizdir.
Daha sonra qaliblər mükafatlandırılıb.

Ardınca yerli icra orqanları ilə media arasında əlaqələrin qurulması ilə bağlı ayrı-ayrı nazirlər və dövlət qurumu rəhbərləri fondun fəxri diplomu ilə təltif olundu. Fəxri diplomçular arasında mədəniyyət naziri Əbülfəs Qarayev, dövlət qurumları rəhbərləri, habelə ayrı-ayrı rayonların icra başçıları vardı. Bundan başqa, bayram törənində ölkəmizdə fəaliyyət göstərən Türkiyə səfiri, Kipr Türk Cümhuriyyətinin təmsilçisi, AzTV sədri də vardı.

Musavat.com,
Fotolar Məğrur Mərdindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR