İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəramət Böyükçöl bu dəfə Xəlil Rzanı təhqir etdi

14785 14.01.2018 18:20 Qalmaqal A A

Kamran M.Yunis: “Xəlil Rza haqqında o adam danışsın ki, övladı vətən yolunda getsin…”

Gənc yazar Kəramət Böyükçöl bu dəfə Azərbaycanın mübariz xalq şairi Xəlil Rza Ulutürkü təhqir edərək, aşağılayıb.

Musavat.com-un məlumatına görə, gənc yazar bu haqda öz “Facebook” profilində status paylaşıb. Statusda qeyd edib: “Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asmışam, səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Özü də onun barışmaz, döyüşən bir şair kimi təqdim edilməsi də doğru deyil. Hər halda mübarizəsi var idisə də, bu istedadsızlığından irəli gəlirdi. Necə? Məsələn, Xəlil Rza milli ədavəti qızışdıran bir adam olub. Bunu çoxları təsdiqləyə bilər. Çıxıb mitinqlərdə bar-bar bağırırdı ki, biz ermənilərin axırına çıxacağıq, onları tüpürcəkdə boğacağıq. Axı sənin erməninin axırına çıxmağa hünərin var? Sənin o qədər tüpürcəyin var? Xəlil Rza KQB-nin öz məqsədlərini həyata keçirmək üçün erməni və Azərbaycan xalqlarını vuruşdurduğunu anlamırdı. Əksinə, KQB-yə xidmət edib gecə-gündüz qışqırırdı ki, ermənilərə lənət olsun. Bu necə ziyalıdır ki, başqa bir millətə az qala var-yox söyüşü söyürdü.

Картинки по запросу Kəramət Böyükçöl

Harda gördün erməni, vur başına gülləni.

Hava yaman soyuqdur, ermənilər toyuqdur.

Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi. Adam görmür ki, iki xalqı vuruşduran üçüncü imperialist ölkə var. Adını da şair qoyur, ziyalı qoyur və bilmir ki, qazılan xəndəyi daha da dərinləşdirməklə məşğuldur, nəticədə isə o xəndəyə onun öz xalqı yıxılacaq. Necə ki, oğlu Təbriz də atasının qızışdırdığı ədavətin qurbanı oldu”.

Qeyd edək ki, gənc yazarın bu statusu sosial şəbəkələrdə sərt tənqid olunub. Tənqid və təhqirlərə dözməyən gənc yazar sonradan özünə bəraət qazandırmaq üçün Xəlil Rzanın “Dədə Heydər-Atatürk” şerini paylaşaraq, sanki onu saray şairi kimi təqdim etməyə çalışıb.

Картинки по запросу aktyor Kamran M.Yunis

Məsələ ilə bağlı xalq şairi Xəlil Rza Ulutürkün yaxın qohumu, tanınmış aktyor Kamran M.Yunis musavat.com-a danışıb: Mən ümumiyyətlə, o yazar, Kəramət haqında heç nə demək istəmirəm. Amma bir məsələ var ki, “keçmişini baltalayan, gələcəyə gedə bilməz”. Xəlil Rza Ulutürkün necə şair olduğunu analiz etmək istəsək də, istəməsək də, bu məsələ tarixin ixtiyarındadır. Tarix Xəlil Rzanı ya saxlayacaq, ya da siləcək, bu, bir qanundur. Necə ki, Azərbaycan ədəbiyyatında minlərlə şair olub, onlardan kimlərin qalmasını və ya getməsini tarix özü müəyyən edib. Sadəcə olaraq Kəramət deyilən gənc şair və ya yazar tənqidlə təhqiri ayır edə bilmir. Bu isə bir yazar, qələm əhli üçün ayıbdan başqa bir şey deyil. Onun haqqında maraqlandım, Youtube-dan şeirini dinlədim və öz-özümə dedim ki, “gör Xəlil Rza Ulutürkü kim analiz edir?” O, özü haqqında artıq rəy formalaşdırıb. Bir insanın ki, öz dostları, sevdikləri arasında dəyəri yoxdur, onu analiz edə bilmərəm. Onun Xəli Rza Ulutürk haqqında yazdığı statusundakı şərhlərin təxminən 95 faizi özü haqqında yazılan ən iyrənc sözlər idi. Bir insan ki, bu cür təhqirləri həzm edə, öz şəninə sığışdıra, bütün bunlara rəğmən statusunu silməyə, bu, artıq onun necə insan olduğu haqqında informasiya verir.

İkinci olaraq, o, Xəlil Rza Ulutürkün  “Dədə Heydər-Atatürk” şerini paylaşdı. Təəssüf ki, 1988-93-cü ilə qədər meydan hərəkatında Azərbaycan şairlərindən Xəlil Rza Ulutürk, sonradan isə Sabir Rüstəmxanlıdan başqa heç bir şair meydana çıxmırdı. Adıçəkilən həmin şeirin isə yazılma tarixi var. Xəlil Rza Ulutürk artıq tarixdə sözünü deyən, vətən uğrunda övladını verən adamdır. Xəlil Rza haqqında o adam danışsın ki, övladı vətən yolunda getsin, sonra gəlib onu analiz etsin”.

Xalidə Gəray,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR