İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş nazir vəfat etdi

3351 22.10.2018 09:40 Son xəbər A A


Milli azadlıq hərəkatının fəallarındanolan Sucəddin Mustafa oğlu Abdullayev oktyabrın 21-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Sucəddin Abdullayev 1949-cu ildə Gədəbəy rayonunun Nəriman kəndində doğulub. O, milli azadlıq hərəkatında xüsusi yeri olmuş, 1990-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsininin təşkilat komitəsinin rəhbəri olmuş, 1991-ci ildə müəmmalı sui-qəsd nəticəsində həyatını itirmiş Arif Abdullayevin qardaşıydı.

S.Abdullayev 1992-1999-cu illərdə Azərbaycan Respublikasının Mənzil-Kommunal Təssərrufatı naziri vəzifəsində çalışmış, bu sahədə ciddi islahatların əsasını qoymuş, mənzil-kommunal və su təssərüfatının idarə olunmasında yeni münasibətlərin qurulmasına rəhbərlik etmiş adam idi.

Onun dostları və yaxın yoldaşları Sucəddin Abdullayevi vətənpərvərlik simvolu olaraq tanıyır, hər bir insana qarşı diqqət və qayğısını əsirgəməyən gözəl xarakterli insan kimi səciyyələndirirlər. 

Allah rəhmət eləsin!

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR