İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadanın turizm naziri Çinə səfərini təxirə salıb

301 14.12.2018 22:00 Dünya A A

Kanadanın turizm naziri Melani Joli gələn həftəyə nəzərdə tutulan Çin səfərini ləğv edib.

“Report” CTV-yə istinadən xəbər verir ki, o, dekabrın 17-20-də Kanada-Çin turizm ilinin başa çatmasına həsr olunan tədbirlərdə iştirak etməli idi. Lakin tərəflər mərasimi təxirə salmaq qərarına gəliblər.

Xatırladaq ki, dekabrın 1-də Vankuverdə Çinin “Huawei” şirkətinin maliyyə direktoru Menq Vuanjou Nyu-York Şərq Dairə Prokurorluğunun ekstradisiya sorğusu əsasında saxlanılmışdı. Çinli xanım iş adamına qarşı ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğuna görə ittiham irəli sürülüb. Dekabrın 11-də isə Vankuver məhkəməsi onu girov müqabilində azad edib.

Çin hökuməti isə həftə ərzində Kanadanın iki vətəndaşını milli təhlükəsizliyə qarşı fəaliyyətdə təqsirləndirərək saxlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR