İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamal Kılıçdaroğlunun ASALA və FETÖ sevgisi – Azərbaycana xəyanət, terror simpatizanlarına dəstək

5171 19.12.2018 16:46 Gündəm A A

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu dekabrın 17-də Natalya Ayvazyan adlı bloggerlə görüşüb. Görüşün mahiyyəti açıqlanmır.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat gedib.

Natalya Ayvazyanın əslən Türkiyənin Malatya şəhərindən olduğu bildirilir. Yəni o, Türkiyə vətəndaşıdır. Ancaq məsələ bunda deyil. Ondadır ki, bu erməni blogger ASALA erməni terror təşkilatı və FETÖ-nun simpatizanı və qızğın təbliğatçılarından biridir.

Məlumat üçün onu da bildirək ki, özünün paylaşdığı “twitter”lərlə Natalya Ayvazyan ölkə gündəmində qalmağa çalışır. Məsələn, Türkiyə internet resurslarında gedən məlumatlara əsəsən, o, əsasən Türkiyənin müxtəlif şəhərləri ilə bağlı arxiv səkilləri paylaşır. Bir sıra internet mənbələri də onun paylaşdığı şəkillərə istinad edir. Bundan başqa o, hökumət əleyhinə və terror təşkilatlarını müdafiə edən “twit”lər də yazır.



Ayvazyan o sırada ASALA-ya rəğbətini gizlətmir. Bu terror hörgütünü mütəmadi və açıq təbliğ edir. Hətta 1982-ci ildə Türkiyənin Esenboğa hava limanında 9 günahsız insanın ölümü, 72 nəfərin isə yaralanmasına gətirən məlum və müdhiş terror aktının iki təşkilatçısından biri olan erməni Levon Ekməkçini vaxtaşırı yad edir və onu “erməni inqilabçısı” kimi təqdim edir.

Bundan əlavə, 2018-ci ilin noyabrında Almaniyada səfərdə olan Kamal Kılıcdaroğlu Türkiyədə 2013-cü ildəki “Gəzi parkı” etiraz mitinqlərinin əsas təşkilatçısı olmuş Soros Fondunun bir qolu olan Fridrik Ebert Fondunda görüşlər keçirib. Görüşlər çərçivəsində o, Almaniyada PKK/YPG terror təşkilatının qatı tərəfdarları olan Sevim Dağdələn və Helim Evrim Sommərlə bir araya gəlib. Gələn ilin martında keçiriləcək bələdiyyə seçkilərində dəstək istəyib və bu iki şəxs vasitəsilə ilə PKK ilə əlaqə qurub. Həmin iki şəxs Almaniya Federal Məclisində Sol Partiyadan olan millət vəkilləridir.

Beləliklə, qənaət hasil olur ki, qardaş ölkənin ana müxalifət lideri özünün siyasi ambisiyaları naminə terror simpatizanları ilə belə, təmas qurmaqdan çəkinmir. Bunu siyasi mübarizədə məqbul metod sayır. Bununla da o, siyasət adına təkcə Türkiyəyə yox, Azərbaycana da xəyanət edir, ortaq türk maraqlarını belə ayaqaltına qoyur.



Azərbaycanda bu kimi faktlara, əlaqələrə sübhisiz ki, həmişə xüsusilə həssaslıqla yanaşılır, belə faktlar böyük üzüntü ilə qarşılanır. Çünki ərazimizin 20%-i hələ də erməni işğalçı qoşunlarının tapdağı altındadır. Bu işğalda isə ASALA kimi erməni terror birləşmələrinin üzvləri – Livandan, ABŞ-dan gələn terrorçu ermənilər xüsusi fəallıq göstəriblər.

Məsələn, cənab Kamal Kılıcdaroğlunun nəzərinə çatdırırıq ki, onlardan biri Monte Melkonyandır. Monte Melkonyan 1957-ci ildə ABŞ-da anadan olub.

1978-ci-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində döyüşüb. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştirak edib. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum təşkil edib. Fransa polisi onu həbs edib. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törədib və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya edib. Lakin bir müddət sonra o, saxta sənədlərlə yenə Fransaya qayıdıb. 1983-cü ildə Parisdəki Orli hava limanında, “Türk Hava Yolları” şirkətinin kassaları qarşısında partlayış təşkil edib. Nəticədə 8 nəfər həlak olub, 55 nəfər yaralanıb. Bir müddət həbsdə qaldıqdan sonra həbs müddəti müəmmalı şəkildə azaldılıb və 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilib. 1990-cu ildə Ermənistana gəlib və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə yollanıb. Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olub. Mülki azərbaycanlılara qarşı xüsusi qəddarlıqları ilə seçilib. 12 iyun 1993-cü ildə Mərzilidə gedən döyüşlərdə öldürülüb.

Təkcə bu fakt kifayət etməli idi ki, özünü Azərbaycan sevdalısı kimi təqdim eləməyə çalışan CHP sədri cari partiya maraqları naminə nəinki erməni və PKK terror təşkilatlarının simpatizanları ilə bir araya gəlməsin, əksinə, bu yolu tutanları sərt tənqid və ifşa eləsin. Əfsus ki, Kılıcdaroğludan xain mövqe görürük...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR