İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda “Əhmədli Ruslan” adlı azərbaycanlı avtoritet güllələnib, yaralıdır- Özəl xəbər

9027 01.12.2018 13:43 Kriminal A A

Noyabrın 30-da Türkiyənin İstanbul şəhərində atışma olub. İstanbuldakı mənbələrdən musavat.com-a verilən məlumata görə, hadisə mübahisə zəminində baş verib. Mənbə bildirir ki, “Əhmədli Ruslan” kimi tanınan avtoritet aldığı güllə yarasından sonra xəstəxanaya yerləşdirilib. Ona atəş açan şəxsin də Azərbaycan vətəndaşı olduğu deyilir. Həm şəxsin Nicat adlı idmançı olduğu bildirilir.

Etibarlı mənbə musavat.com-a bildirib ki, Nicat son vaxtlar öz çevrəsində deyirmiş ki, o, oğru dünyasının əsas adamlarından olacaq. Kriminal aləmdə tanınmadığı, xüsusi çəkisi olmadığı deyilən birinin bu iddiaya düşməsi oğru aləmində xoş qarşılanmayıb. Nicatla görüşüb, söhbət etmək, 14 il qapalı rejimli həbsxanada cəza çəkmiş, oğru dünyasının avtoritetlərindən Ruslana həvalə edilib. Mənbə deyir ki, o, ötən gün Nicatı ofisinə çağıraraq, onunla söhbət edib. Hər iki azərbaycanlının söhbəti mübahisəyə çevrilib. Qaynağımız bildirir ki, bu zaman əsəblərinə hakim ola bilməyən Nicat, üstündəki odlu silahı çıxararaq Ruslana iki dəfə atəş açıb. Güllələrdən birinin Ruslanın ayaq nahiyəsinə dəydiyi deyilir. Hadisə “Vadi İstanbul” deyilən ərazidə baş verib. Hazırda Ruslanın İstanbulun məşhur xəstəxanalarından birində müalicə aldığı bildirilir.

Musavat.com-a verilən xəbərə görə, hər iki şəxs vaxtilə mərhum Rövşən Lənkəranskinin yanında olublar. Rövşənin ölümündən sonra o çevrədən ayrılıblar. Mənbə bildirir ki, Nicat əslən cənub bölgəsindəndir. Ruslanın da həmin bölgədən olduğu, amma Bakının Əhmədli qəsəbəsində doğulduğu deyilir.

2016-cı ilin yayında Rövşən Lənkəranski İstanbulda qanuni oğruların toplantısı keçirərkən “Ruslan Əhmədliyə “qanuni oğru” titulu verib, ona tacqoyma mərasimi keçirib.

“Əhmədli Ruslan” adı ilə tanınan kriminal avtoritet Azərbaycanda Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssəsində məhkumluq həyatı yaşayıb. 1 saylı cəzaçəkmə müəssəsində Rövşən Lənkəranskinin “praqon”u əsasında uzun müddət  “vəziyyətə baxıb”.

Caninin hadisə yerindən qaçdığı, hələ də saxlanılmadığı da gələn xəbərlər sırasındadır. O da bildirilir ki, Nicat boksçudur. Onun bir neçə dəfə ölkə üzrə çempion olduğu deyilir.

Son gəlişmələr haqda bilgi verməyə çalışacağıq.

İndilikdə isə internet resurslarında Ruslan Əhmədli haqqında hazırlanmış, əsasən fotolardan ibarət çarxı təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR