İnsanlara hürriyət, millətlərə istiqlal!

“Irəvan” virtual muzeyinin 3D formatı təqdim olunacaq

659 27.06.2018 15:11 Proje A A

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaxın günlərdə “www.iravan.az” internet jurnalı üzərindən “Irəvan” virtual muzeyinin 3D formatının təqdim edəcək.

Bu barədə musavat.com saytına açıqlama verən birliyin sədri Vüsalə Hüseynli bildirib ki, layihənin məqsədi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və millətimizin 4 dəfə öz doğma yurdundan deportasiya olunması, tariximizin süni yollarla saxtalaşdırılması, mədəniyyətimziin mənimsənilməsi faktlarının dünyaya catdırılmasıdır: “İnternetin populyar olduğu bir dövrdə insanlara yalnız tarix təqdim etməklə hədəfə çatmaq biraz çətin olur. Bu səbəbdən biz düşündük ki, bu jurnal vasitəsilə hədəfimizə çatmaq üçün jurnalı biraz rəngləndirməliyik. Bu baxımdan sayta giriş edən xaricilərin, eyni zamanda gənclərimizin İrəvana virtual səyahətini həyata keçirmək üçün “Irəvan” virtual muzeyinin 3D formatı  hazırlandı”.

Vüsalə Hüseynli onu da qeyd edib ki, oxuculara virtual muzeylə yanaşı, jurnalın yeni formatı, dizaynı da təqdim olunacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR