İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadiyyatın bir saylı problem – banklar

1138 25.05.2018 20:04 İqtisadiyyat A A

Azərbaycanın bank sektorunda problemlər getdikcə dərinləşir. Bu sektordan qəzetimizə verilən məlumata görə, bankların kredit imkanları sürətlə məhdudlaşır. Bu prosesin əsas səbəblərindən biri kimi isə Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının qoyduğu məhdudiyyətlərdir. Bankların kreditləşmə imkanlarını məhdudlaşdıran digər amillər hansılardır? Onları bu vəziyyətdən necə çıxartmaq mümkündür?

Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun müsavat.com-a dediyinə görə, bank sektoru bu gün Azərbaycan iqtisadiyyatının ən ağrılı yeridir: “Bu sektordakı vəziyyət hazırda iqtisadiyyatımızın bir nömrəli problemidir. Bütövlükdə götürəndə bu gün ölkə iqtisadiyyatında müəyyən canlanma var. Ötən ilin əvvəlindən etibarən dünya bazarında neftin qiymətinin sabitləşməsi ilə bağlı olaraq həm valyuta bazarında sabitlik yaranıb, həm də buna müvafiq olaraq makroiqtisadi göstəricilərdə: xarici ticarət dövriyyəsində, tədiyə balansında və sair. Yəni ölkə iqtisadiyyatının vəziyyətini müəyyən edən əsas barometr göstəricilərdə müsbətə doğru dəyişiklik var. Bundan əlavə, cüzi də olsa iqtisadi canlanma, aktivlik hiss olunmağa başladı. Lakin bu iqtisadi aktivlik elə bir şeydir ki, müvafiq maliyyə dəstəyi görməsə, bank kreditləşməsi əldə etməsə qedy etdiyimiz cüzi canlanma keçici xarakter daşıyacaq”.

Картинки по запросу ekspert Pərviz Heydərov

Müsahibimizə görə, banklar ona görə kredit verə bilmirlər ki, likvid vəsaitləri yoxdur: “Banklar hal-hazırda özlərini sığortalamaqla məşğuldular. Mərkəzi Bankın və bazarın onların qarşısına qoyduğu tələbləri pis-yaxşı icra etməyə çalışırlar. Amma əlavə olaraq kredit götürsünlər, depozitləri cəlb edib onları dövriyyəyə buraxıb normal bank fəaliyyətini yerinə yetirsinlər – bu, sıfır dərəcəsindədir. ”

Ekspert deyir ki, bu, 2014-cü ildə neftin qiymətinin düşməsi ilə başlayan bir tendensiyadır və devalvasiyalardan sonra daha da kəskin xarakter alıb: “2016-cı ildə problem bir qədər də dərinləşdi. Bu gün ölkədəki 30 bankın 3-4-nü çıxmaq şərtilə, yerdə qalanların hamısı süni nəfəs altında olduğunu söyləyə bilərik. Onları bu vəziyyətdən çıxarmaq üçün ilk növbədə problemli kreditlər məsələsi həllini tapmalıdır. Bankın kredit verdiyi vəsait 3 mənbə hesabına formalaşır: əhalidən cəlb etdikləri əmanətlər, Mərkəzi Bankın verdiyi kreditlər və xarici maliyyə qurumlarından cəıb etdikləri vəsaitlər. Neftin qiyməti düşdükdən sonra xarici maliyyə qurumları kredit şərtlərini çox ağırlaşdırıblar. Bir sıra banklar xaricdən aldıqları kreditləri hələ təzə verib qurtara bilirlər. Mərkəzi Bankın verdiyi kreditlər isə çox bahalıdır. Düzdür, Mərkəzi Bank uçot dərəcəsinə 2 dəfə yenidən baxaraq azaldıb, lakin hazırkı 13 faiz də yüksək rəqəmdir. Üstəlik, bəzi məlumatlara görə, bir sıra kommersiya banklarının Mərkəzi Bankın resurslarına çıxışı o qədər də asan başa gəlmir. Əmanətlərə gəlincə, onların məbləği kəskin azalıb. Manatın iki dəfə devalvasiyaya uğraması, iqtisadi vəziyyətin ağırlaşması, gəlirlərin azalması ilə bağlı olaraq əhalinin sərbəst vəsaitləri, demək olar ki, yox dərəcəsindədir. Olan-qalan sərbəst vəsaitləri isə banklardan geri çəkərək dollar çevirib özlərində saxlayırlar. Bu şəraitdə banklar kredit vermək üçün vəsaiti haradan alsınlar? Bu gün banklarda olan sərbəst vəsaitlərin böyük əksəriyyəti xarici valyutadadır. Hansı sahibkar, vətəndaş indi gedib bankdan xarici valyutada kredit götürər? Əlbəttə ki, heç kim. Bax belə, acınacaqlı bir durum yaranıb. Təəssüf edirəm ki, dövlət Beynəlxalq Banka göstərdiyi dəstəyi digər kommersiya banklarına münasibətdə nümayiş etdirmir. Heç olmasa problemli kreditlərin həllində dəstək verilərdi banklara. Ötən il dedilər, banklarla bağlı yol xəritəsi hazırlanacaq, artıq ilin birinci yarısı gedib, o sənəddən səs-soraq yoxdur. ”

P.Heydərovun fikrincə, bu vəziyyətdə kreditləşmənin azalması davamlı xarakter alacaq: “Kommersiya banklarında bu vəziyyətin aradan qaldırılması üçün əsas tədbirlərdən biri heç olmasa istehlak kreditləşməsinin bərpası ola bilər. 2014-cü ilədək bankların əsas gəlir mənbəyi məhz istehlak kreditləriydi. Bankları süni nəfəs aparatından aralamaq üçün buna yenidən şərait yaradılmalıdır. Əks təqdirdə, banklar bir-birinin ardıca sıradan çıxması davam edəcək”.

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR