İnsanlara hürriyət, millətlərə istiqlal!

Yellen: “FED uçot dərəcəsini 3%-dək artırmağı planlaşdırır”

1555 19.01.2017 07:14 İqtisadiyyat A A
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 2019-cu ilin sonunadək uçot dərəcəsini bir neçə dəfə artırmağı planlaşdırır.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu FED-in rəhbəri Canet Yellen San-Fransisko şəhərində çıxış edərkən bildirib. Uçot dərəcəsinin artırılmasının dəqiq vaxtı və templəri barədə məlum verməyən C.Yellen bildirib ki, bu, ABŞ iqtisadiyyatının gələcək göstəricilərindən asılı olacaq.
 
“FED uçot dərəcəsini mərhələli şəkildə artırmağı planlaşdırır. Hazırda uçot dərəcəsi 0,5-0,75% səviyyəsindədir, 2019-cu ilədək uçot dərəcəsinin 3%-dək artırılması planlaşdırılır. Bununla belə, biz ABŞ-da iqtisadi artımın kifayət qədər güclü olduğuna əmin olmalıyıq”, deyə C.Yellen bildirib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR