İnsanlara hürriyət, millətlərə istiqlal!

'Yastıq altında yatan milyonlar' - Qubad İbadoğlu yazdı

4843 23.09.2016 05:24 İqtisadiyyat A A
İqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, yastıq altında yatan pullar nə sahibi, nə də milli iqtisadiyyat üçün əlavə dəyər yaradır.

Musavat.com-un məlumatına görə, Q.İbadoğlu bu barədə facebook sosial şəbəkəsində yazıb: "Bu ilin yanvar ayı ilə müqayisədə iyul ayında əhalinin banklardakı əmanətləri 800 milyon manat azalıb. Belə ki, ilin əvvəlinə 8 milyad 643 milyon manat əmanətə malik olan fiziki şəxslər son 7 ay ərzində 800 milyon manata qədər əmanətlərini banklardan geri çəkiblər. Banklardan geri götürülən əmanətlərin bir qismi məcbur şəkildə bankların bağlanmasına görə, digər qismi isə əmanət sahiblərinin iradəsi ilə etibarın azalmasına görə banklardan çıxarılıb. Hesabat dövrü ərzində, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə əhaliyə 252 milyon 367 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib".

İqtisadçı həmçinin qeyd edib ki, Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2016-cı il avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 843 milyon manat təşkil edib: "Əmanətlərin 80,8 faizi xarici, 19,2 faizi isə milli valyutada qoyulub. Əmənətlərin 76,6 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib. 

Bu dövr ərzində Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlər 31,7 faiz azalıb. Deməli, geri götürülmüş əmanətlər sərmayə qoyuluşuna da yönəldilməyib. Bəs onda bu vəsaitlər hardadır?

Mərkəzi Bankı 2016-cı ilin birinci yarımilliyi üzrə tədiyyə balansının təhlili göstərir ki, Azərbaycandan çıxarılan depozitlər və nağd valyutanın həcmi 909,7 milyon dollar olub. 
Ölkədə səhm bazarının inkişaf etmədiyini, mülk və torpaq bazarında durğunluğun hökm sürdüyünü əsas götürüb deyə bilərik ki, əhalinin geri şəkdiyi əmanətlərin bir hissəsi xaricə axıb, digər hissəsi isə xarici valyutalara çevrilərək hələ də yastıq altında saxlanılır. Belə olan halda bu pullar nə sahibi, nə də ki, milli iqtisadiyyat üçün əlavə dəyər yaratmır. Bunun başlıca səbəbi biznes mühitinin pis olması, eləcə də banklara inamın itməsi və səhm bazarının inkişaf etməməsidir". 

qubad ibadoğlu ile ilgili görsel sonucu

Q.İbadoğlu bildirib ki, sərmayə ehtiyacı gündən günə artan Azərbaycan iqtisadiyyatında bu mənbədən vəsait qoyuluşlarının aşağı düşməsi ölkədə biznes mühitinin yaxşılaşmaması ilə əlaqədardır: "Bu isə o deməkdir ki, mühitin dəyişdirilməsi üçün yalnız fərmanlar kifayət etmir, xüsusilə də tənzilməyici sektorda ciddi dəyişikliklər tələb olunur. Bu dəyişikliklərdən öncə ölkədə maliyyə-vergi amnitsiyasının elan edilməsi vacibdir. Əks təqdirdə yastıq altında yatan vəsaitlər daxildə sərmayə qoyuluşuna deyil, xaricə axacaq".


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR