İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalid Əhədov: “ABB bu il sağlamlaşdırılacaq”

1991 11.01.2017 16:34 İqtisadiyyat A A
Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir. Bunu “APA-Economics“ə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
 
Onun sözlərinə görə, sağlamlaşdırma proqramı çərçivəsində həm dövlət qurumları, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir. “Əməkdaşlıq ciddi koordinasiya şəklində həyata keçirilir. Güman edirəm ki, bu il ərzində  bankın sağlamlaşdırılmasına nail ola biləcəyik”, - deyə X. Əhədov qeyd edib.
 
Bankir hazırda ABB-nin balansında olan toksik aktivlərin həcmini açıqlamayıb: “Bu yaxınlarda bununla bağlı ətraflı məlumat veriləcək”.
 
X. Əhədov əlavə edib ki, Maliyyə Sabitliyi Şurası bankın sağlamlaşdırılması prosesində aktiv iştirak edir. Bankir bankın xərclərinin optimallaşdırılması istiqamətində atılan addımların da uğurla davam etdiyini bildirib: “Biz qeyri-profil aktivlərimizə yenidən baxırıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR