İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergilər Nazirliyi vergi ödəyicilərinə bəyannamə təqdim etmək üçün 3 gün əlavə vaxt verib

1744 21.01.2017 14:04 İqtisadiyyat A A
 Vergilər Nazirliyi (VN) vergi ödəyiciləri üçün bəyannamələrin təqdimetmə müddətini artırıb. “Report”un məlumatına görə, vergi bəyannamələrinin təqdim edilməsi üçün son tarix yanvarın 20-dən 23-nə keçirilib. 

Başqa sözlə, vergi ödəyicilərinə 3 gün əlavə vaxt verilib. 

VN-in media və kommunikasiya mərkəzindən xəbəri “Report”a təsdiq ediblər və bildiriblər ki, sahibkarlara möhlət verilməsi yanvarın 20-nin Ümumxalq Hüzn Günü olması, növbəti tarixlərin isə şənbə və bazar günlərinə düşməsi ilə əlaqədardır: 

“Qanunvericilikdə də göstərilib ki, əgər bəyannamələrin sonuncu təqdimetmə günü hər hansı xüsusi günə təsadüf edərsə, o zaman həmin gün növbəti iş gününə keçirilir. Bu il isə “20 Yanvar faciəsi”nin ildönümü Cümə gününə düşdüyü üçün və növbəti iş günü bazar ertəsi yəni yanvarın 23-ü hesab edildiyindən vergi ödəyiciləri öz bəyannamələrini həmin gün təqdim edə bilərlər”, - deyə nazirlikdən qeyd edilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR