İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin 10 illik istiqrazlarına üçqat tələb olub

723 19.01.2017 15:56 İqtisadiyyat A A
Türkiyənin ötən gün dövriyyəyə buraxdığı və 25 mart 2027-ci il tarixinə qədər tədavüldə olacaq iqstiqrazlarına 3 dəfədən çox tələb olub. 

"Report"  "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin xəzinədarlığından bildirilib. 

Məlumatda deyilir ki, Türkiyə 2017-ci ildə cəlb etməyi planlaşdırdığı 6 mlrd. ABŞ dolları məbləğində vəsaiyin 2 mlrd. dollarını və yaxud 33%-ni istiqrazların hesabına cəlb edib. Qiymətli kağızların 49%-i ABŞ, 26%-i Böyük Britaniya, 11%-i Türkiyə, 11%-i digər Avropa ölkələri, 3%-i başqa ölkələrdəki investorlara satılıb. 

Emissiyada "Barclays", "Citigroup", "Goldman Sachs" və "Qatar National Bank" təşkilatçı kimi iştirak edib. İstiqrazların illik kupon faizi 6%, investorlar üçün gəlirliliyi isə 6,15% olub. Onları almaq üçün 256 investor sifariş verib. 

Xatırladaq ki, hazırda ABŞ-da uçot dərəcəsi 0,75%, Avropada 0%, İngiltərədə 0,25%, Yaponiyada isə -0,1% təşkil edir. "Report"un analitik qrupu hesab edir ki, Türkiyənin vəd etdiyi 6%-lik gəlirlilik kifayət qədər yüksəkdir və risklidir. Belə ki, bir müddət əvvəl dünya maliyyə bazarlarında inkişaf etməkdə olan ölkələrin dövlət istiqrazları 3-5% gəlirliliklə yerləşdirilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR