İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflislə Moskva razılığa gəldi

1341 11.01.2017 23:36 İqtisadiyyat A A
Gürcüstan Rusiyadan qazı 185 dollara alacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Energetika naziri Kaxa Kaladze söyləyib. O, “Qazprom”la Tiflisin Ermənistana tranzit olunan rus qazının monetizasiyası haqqında razılığa gəldiyini bildirib:

“Biz həmçinin tələbat yaranacağı təqdirdə əlavə həcmdə qaz alınması ilə bağlı razılaşmışıq. “Qazprom” belə olan halda bizə endirim edəcək. Bu qazı Rusiyadan 215 dollar əvəzinə artıq 185 dollara alacağıq. Müqaviləyə əsasən, Gürcüstanın Rusiya enerji daşıyıcılarından asılılığı artmır, sadəcə, ödəniş forması dəyişir. Bununla da biz Ermənistana tranzit olunan qazı pul kompensasiyası şəklində alacağıq. Tranzitin dəyərinə gəlincə, bu, Avropa ölkələri arasında ən yüksək məbləğlərdən biri olacaq”.

Qeyd edək ki, Tiflis 2016-cı il 31 dekabra qədər Ermənistana Rusiyadan gedən qazın ümumi həcminin 10%-ni tranzit qarşılığında əldə edirdi. Tiflis 2017-ci ildə də eyni şərtləri saxlamaq istəyirdi, ancaq Rusiya tranzitin qarşılığı olaraq pul təklifində israr edirdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR