İnsanlara hürriyət, millətlərə istiqlal!

"Societe Generale": Türkiyədə dolların məzənnəsi daha da artacaq

2493 20.01.2017 15:52 İqtisadiyyat A A
Fransanın "Societe Generale" bankı Türkiyədə ABŞ dollarının məzənnəsinin 2017-ci ilin ilk rübünün sonuna qədər 3,95 TRY/USD-yə yüksələcəyini, lakin sonrakı rüblərdə türk lirəsinin möhkəmlənməyə başlayacağını proqnozlaşdırır.

 "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə Bankın analitiki Feniks Kalen (Phoenix Kalen) çıxış edib. 

"Türkiyə Mərkəzi Bankının (TCMB) nağd valyuta bazarındakı hərəkətləri yeni pul siyasəti alətlərinin tətbiqi və sərt monetar siyasətlə bərabər faiz dərəcələrində yumşaq artım edəcəyini göstərir. Lakin, bütün bunlara baxmayaraq, türk lirəsinin məzənnəsində zəifləmə gözləyirik", - deyə F.Kalen qeyd edib.

Xatırladaq ki, hazırda Türkiyənin nağd valyuta bazarında TRY/USD məzənnəsi 3,82-yə bərabərdir. "Report"un analitik qrupu Türkiyədə dolların məzənnəsinin yaxın illərdə artmağa davam edəcəyini proqnozlaşdırır. Bu il üçün isə məzənnənin 4,05-4,15 TRY/USD diapazonuna qədər artacağı gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR