İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR: Azərbaycan Türkiyəyə ixrac etdiyi qazın tarifini müzakirə etməyə hazırdır

970 23.01.2017 11:09 İqtisadiyyat A A
"Hal-hazırda TANAP layihəsinin 60%-i tamamlanıb". "APA-Economics" xəbər verir ki, bunu "SOCAR Türkiye A.Ş."-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.
 
Onun sözlərinə görə, 2018-ci ildə istismara verilməsi nəzərdə tutulan TANAP-ın ilk mərhələdə ümumi dəyəri 11,7 mlrd. dollar idi, lakin sonradan bu göstərici 8,5 mlrd. dollaradək azaldılıb: "Beləliklə, 3,2 mlrd. dollarlıq vəsaitə qənaət etmiş olduq".
 
Z. Qəhrəmanov qeyd edib ki, SOCAR Türkiyə hökuməti ilə Azərbaycandan ixrac olunan qazın tariflərini müzakirə etməyib. Bununla yanaşı, şirkət rəhbəri bu mövzuda görüşmənin olacağını istisna etməyib: "Biz bu cür görüşlərə hazırıq. Zatən rəsmi Ankara da bizə açıqdır. Türkiyə hökuməti bu məsələdə çox maraqlıdır. Biz İqtisadiyyat, Energetika, Maliyyə və Ətraf Mühit Nazirlikləri ilə tez-tez görüşürük".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR