AZ RU
Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”
BÖLÜM: İqtisadiyyat
YAYIM TARİXİ: 12 Yanvar 2017 00:32
Prezident İlham Əliyev: “Naxçıvanda istehsal olunan mallar dünya bazarlarına rahatlıqla çıxa biləcək”

“Biz Naxçıvanın nəqliyyat problemlərinin həlli üçün  çalışırıq. Naxçıvan-Təbriz-Məşhəd dəmir yolu fəaliyyətə başlayıb. Biz indi İran İslam Respublikası və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyirik. İşlərin bizə aid olan hissəsi artıq başa çatıb”.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Naxçıvanda 3 nömrəli rus məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
 
Dövlət başçısı qeyd edib ki, Şimal-Cənub nəqliyyat dəhlizi tam işə düşəndən sonra Naxçıvan dəmir yolu ilə İran vasitəsilə Azərbaycanın əsas hissəsi ilə də birləşəcək: “Biz bu layihəni sürətləndirmək istəyirik ki, tezliklə bu, baş versin. Ondan sonra Naxçıvanda istehsal olunan mallar artıq dünya bazarlarına rahatlıqla çıxa biləcək və insanlar üçün bu, əlbəttə ki, əlavə imkanlar yaradacaq”.

ŞƏRHLƏR
ŞƏRH YAZ
Şərh yoxdur
XƏBƏR LENTİ
Çox Oxunanlar
Bugün
Bu Həftə
Bu Ay
Yeni Müsavat © 2001-2016
Рейтинг@Mail.ru