İnsanlara hürriyət, millətlərə istiqlal!

'Pegasus' Azərbaycandan uçuşları müvəqqəti dayandırdı

1283 04.10.2016 18:28 İqtisadiyyat A A
Türkiyənin aşağıbüdcəli “Pegasus” aviaşirkəti Azərbaycandan uçuşları dayandırıb.

Moderator.az-ın məlumatına görə, bu barədə Fins.az-a aviaşirkətdən bildirilib. 

Məlumata görə, Qəbələ-İstanbul və əks istiqamətə uçuşlar sentyabr ayının 30-dan etibarən dayandırılıb. Şirkətdən tam olaraq səbəb açıqlanmasa da, uçuşların mövsümü xarakterli olduğu üçün dayandırıldığı bildirilib. “Pegasus”dan o da bildirilib ki, Azərbaycana yeganə olaraq Qəbələdən uçuşlar mart ayında yenidən bərpa ediləcək.

Qeyd edək ki, aviaşirkət 2016-cı ilin mart ayından etibarən Qəbələdən uçuşları bərpa etmişdi. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR