İnsanlara hürriyət, millətlərə istiqlal!

Maneələr aradan qalxacaq: Sərt qərarlar

3792 26.11.2016 19:35 İqtisadiyyat A A
Yaxın 1-2 il içərisində gözlənilən müsbət irəliləyişlər baş verərsə, neftdən asılılıq da kifayət qədər optimallaşa biləcək.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. Ekspert qarşıda real sektorun inkişafına yönəlik sərt qərarların davamının anonsunu verib:

“Məqsəd real sektorun inkişafını təmin etmək və sahibkarlığın qarşısında olan bütün maneələri aradan qaldırmaqla bu sahədəki fəaliyyəti sadələşdirməkdir. Hər halda milli valyutanın məzənnəsində dəyişikliklər davam edir. Neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi səbəbindən ölkəyə valyuta gəlirləri və daxil olmaların bir neçə dəfə azalması maliyyə bazarındakı vəziyyəti gərginləşdirib. Yeganə yol qeyri-neft sektoru və ixracın həcmini artırmaq hesabına ölkəyə valyuta axınını gücləndirməkdir. Qarşıda bu fonda islahatlar davam edəcək və bu yöndə daha sərt qərarlar gözlənilir. Atılan bütün addımlar məhz buna istiqamətlənib. Bu, baş verərsə, yaxın 1-2 il içərisində gözlənilən müsbət irəliləyişlər imkan verəcək ki, neftdən asılılıq da kifayət qədər optimallaşsın. Belə olan halda milli valyuta və iqtisadiyyatın durumunda da bir sabitlik əmələ gələcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR