İnsanlara hürriyət, millətlərə istiqlal!

Lirə manata nisbətən 3% ucuzlaşıb

902 11.01.2017 17:18 İqtisadiyyat A A
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 10-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.
 
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,56% zəifləyərək  1,8719 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,34% ucuzlaşaraq 0,0295 manat səviyyəsində qərarlaşıb.
 
Türkiyə lirəsinin məzənnəsi 2,68% zəifləyərək 0,4648 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1575 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,1%-lik artım baş verib.
 
Gürcüstan larisinin məzənnəsi də 0,05% möhkəmlənərək 0,6472 manat olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR