İnsanlara hürriyət, millətlərə istiqlal!

Hicab aksiyasından 4 il ötdü

1262 10.12.2014 21:11 İqtisadiyyat A A
 
2010-cu il noyabrın 23-də təhsil naziri Misir Mərdanov orta məktəblərdə şagirdlərin baş örtüyü ilə dərsə gəlməsinin qadağan olunduğunu bəyan etdi. Bundan sonra qadağa uyğun olaraq orta məktəblərdə hicablı şagirdlər dərsə buraxılmadı. Artan narazılığın fonunda dekabrın onundan əvvəldən elan olunmadan dekabrın 10-u cümə günü namazdan sonra yüzlərlə dindar Təhsil Nazirliyi qarşısına toplaşdı. Aksiyada polislə ciddi qarşıdurma baş vermədi, iştirakçılar hicab qadağasına etiraz şüarları səsləndirdikdən və bir müddət qaldıqdan sonra dağılışdılar.

Parlament seçkisindən az sonra baş verən bu hadisə dini camiənin hicab qadağasına ilk mütəşəkkil etirazı idi. Sonradan 2011-ci il mayın 6-da və 2012-ci il oktyabrın 5-də hicab aksiyaları keçirildi. Ancaq bu aksiyalar xeyli dərəcədə fərqli oldu, polislə toqquşmalar baş verdi, onlarla insan saxlanılaraq polisə aparıldı. 

İkinci hicab aksiyasında 15, üçüncü hicab aksiyasında isə 36 dindar həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum olundular. Hicab qadağası ilə başlayan proseslərdə xeyli sayada dindar həbs olunaraq cəzalandırıldı. O cümlədən, birinci hicab aksiyasının təşkilatçıları olan ruhanilər Abgül Süleymanov, Taleh Bağırov, eləcə də İslam Partiyasının sədri Mövsüm Səmədov hələ də müxtəlif maddələrlə ittiham olunaraq həbs ediliblər.  

Kənan


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR