İnsanlara hürriyət, millətlərə istiqlal!

Banklar Nəzarət Palatasına tabe olmur

754 14.12.2016 10:00 İqtisadiyyat A A

Problem içərisində olan banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) çağırışlarına əməl etmək istəmirlər. Qurumun banklara yönəlik əksər təklifləri cavabsız qalıb. Banklar Mərkəzi Bankdan fərqli olaraq Palatanın çağırış və fikirlərini ciddiyə almırlar.  Ekspertlər musavat.com-a bunun səbəblərini açıqlayıblar.

Ekspert Əkrəm Həsənov bildirib ki, banklar Maliyyə Bazarlarına Nəzarət Palatasından Mərkəzi Bankdan asılı olduqları qədər asılı deyillər: “Mərkəzi Bankdan çox asılı idilər. Mərkəzi Bank onlara həm nəzarət edirdi, həm kredit, valyuta verirdi. Bu gün isə bu səlahiyyətlər bölünüb. Krediti Mərkəzi Bank verir, nəzarəti Palata həyata keçirir, ”kontrol" edir. Asılılıq azalıb deyə bir banklar qurumu saymırlar. Palatanın həm də daxili problemləri var, hələ tam formalaşmamış bir qurumdur. Palatanın hələlik banklara qanunla məcburi göstəriş vermək hüququ da yoxdur. Bunun üçün qanun qəbul edilməlidir. Həm də Palatanın özünün daxilində kadr çatışmazlığı var. Bir məsələ də var ki, Palata özü bankların pulu ilə maliyyələşir. Palataya dövlət büdcəsindən vəsait verilmir. Buna görə də Palatanın bu baxımdan nüfuzu aşağıdır". 

Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında qeyd edib ki, Mərkəzi Bankın bir çox funksiyalarının Palataya verilməsi əslində onu ehtiva edirdi ki, artıq banklara nəzarətin bir hissəsini Mərkəzi Bank əvəzinə Palata həyata keçirsin: “Çox güman ki, bazar sanki Palatanın, yaxud Mərkəzi Bankın avtoritetini qəbul etmiş banklara bölünüb. Bankların bir hissəsinin Mərkəzi Bankın, bir hissəsinin isə Palatanın nüfuzunu qəbul etdiyi görüntüsü var. Çox güman, Palatanın müəyyən səlahiyyətlərinin artırılması yönündə də müəyyən addımlar olmalıdır ki, banklara qarşı daha ciddi və sərt tədbirlər görməyə səlahiyyətləri olsun. Mərkəzi Bankda belə səlahiyyətlər var idi. Ən azından, Mərkəzi Bank banklara nəzarət etmə funksiyasını öz üzərinə götürmüşdü. Palatada isə müxtəlif problemlər yaşanır. Görünən odur ki, banklar hələ də Palatanın nüfuzunu qəbul etməyib, bu da bankların bir çoxunun daha iri, vəzifəli və çaplı məmurlara bağlı olması ilə əlaqədardır. Bankların bir çoxu iri məmurlara bağlıdır, Azərbaycan reallığında bu, heç kimə sirr deyil. Yəqin ki, bu bağlılıqdan sui-istifadə edərək də Palatanın bəzi qərarlarını qəbul etməkdən boyun qaçırırlar” . 

RÖYA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR