İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ötən il elektrik enerjisi ixracını 2 dəfədən çox artırıb

888 21.01.2017 20:11 İqtisadiyyat A A
Azərbaycandan ötən il ərzində xarici ölkələrə 28 344,46 min ABŞ dolları dəyərində elektrik enerjisi satılıb. 

Bu barədə "Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir. 

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 118,68 min dollar yaxud 64,55% (1,7 dəfə) çoxdur.

2016-cı ildə ixrac edilən elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 646 757,89 min kVt/saat elektrik enerjisi satılıb ki, bu da 2015-ci ilə nisbətən 353 000,27 min kVt/saat yaxud 2,2 dəfə çoxdur.

Elektrik enerjisi ixracı Azərbaycandan ümumi ixracın 0,31%-ni təşkil edib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR