İnsanlara hürriyət, millətlərə istiqlal!

AVROPAYA İXRAC EDİLƏN “JALƏ”lər ZƏHƏRLİ ÇIXDI

7674 21.09.2011 09:22 İqtisadiyyat A A
Mənbə deyir ki, Avropa ölkələrində “Jalə”nin nümunələri laboratoriyalardan mənfi rəy alıb və müvafiq qurumlar dərhal “Jalə”ni yığışdırıb geri qaytarıblar. Özü də Avropaya ixrac edilən şirələr xüsusi olaraq bu ölkələr üçün nəzərdə tutulub və yerli bazarlarda satılan şirələrlə müqayisəolunmaz dərəcədə keyfiyyətlidir. Ancaq holdinqin ən yüksək keyfiyyətli məhsulları belə Avropa üçün rəsmən yararsız elan edilib. Bununla da bu markadan olan şirənin Avropaya ixrac siyasəti iflasa uğrayıb.
Yada salaq ki, 2007-ci ildə fəaliyyətə başlayan Qəbələ Konserv Zavodunun məhsulları ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya, Gürcüstana ixrac edilirdi. Müəssisədə püre, konsentrat, meyvə suyu, nektar, mürəbbə, cem və turşu istehsal edilir. Məhsullar “Jalə”, “Bağdan”, “Aycan” adıyla satışa çıxarılır.
“Jalə” şirələrinin insan orqanizminə təhlükə yaratması ilə bağlı mətbuatda dəfələrlə məlumat gedib. Ən azı bəzi məqamlar “Jalə” şirələrinin kimyalaşdırılması qənaətini yaradır. Yəni “Jalə” şirələri heç də televiziyalarda reklam edildiyi kimi, nə damla-damla toplanır, nə də yüz faiz təbiidir. Əvvəla, Azərbaycanda yetişməyən meyvələrin, məsələn, bananın burada necə damla-damla toplandığı sual doğurur. Zavodun təmsilçiləri özləri də etiraf edirlər ki, onlar xaricdən banan püresi gətirirlər. Şirənin hazırlanması üçün qarışıq, meyvə tamı verən maddələr İsraildən gətirilir. Həmin maddələr insan həyatı və sağlamlığı üçün təhlükəlidir. Bu maddələr xərçəng və digər ciddi xəstəliklərin yaranmasına yol açır. Əgər Qəbələ Konserv Zavodunun Avropa ölkələrində satılmaq üçün nəzərdə tutduğu və yerli bazar üçün istehsal edilənlərdən qat-qat keyfiyyətli şirələri də sağlamlıq üçün ziyanlıdırsa, onda Azərbaycan istehlakçısının vəziyyətini izah etmək çətin məsələdir.
“Gilan holdinq” fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğundan, məhsulun keyfiyyətinə və insan orqanizmi üçün təhlükəli olub-olmamasına nəzarət etməli olan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələnin üstündən sükutla keçir. Kiçik sexlərə sözün həqiqi mənasında göz verib işıq verməyən dövlət qurumu bu məsələdə kor və laldır.
Sonda onu da qeyd edək ki, “Jalə” şirələri satışa çıxarılandan dərhal sonra ölkəyə gətirilən yüksək keyfiyyətli “Dimes” və “Sandora” şirələrinin idxalına problemlər yaradıldı - idxal edilən mallara alınan “şapka”nın həcmi 3 dəfəyə yaxın artdı və bu səbəbdən də onun qiyməti düz 2 dəfə bahalaşdı (1 manatdan 2 manata qalxdı). Vergi orqanları vasitəsilə şadlıq evlərində “Jalə” zorla menyüyə daxil edildi. Bir sözlə, “Jalə”ni zorla Azərbaycan istehlakçısına sırıdılar.
Lakin bu metod Avropada keçmir. Bu səbəbdən də min tonlarla “Jalə” geriyə- Azərbaycana qaytarılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR