İnsanlara hürriyət, millətlərə istiqlal!

Artıq 3 ölkə neft hasilatını azaltmaq öhdəliyinə tam əməl edib

899 23.01.2017 17:32 İqtisadiyyat A A
OPEC və kartelə üzv olmayan ölkələrin gündəlik neft hasilatını yanvarın 1-dən sonra 1,5 mln. barel (nəzərdə tutulan həcmin 80%-i) azaltdığı bildirilir. 

"Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Faleh dünən, yanvarın 22-də Vyanada keçirilən iclasda bildirib. 

Qeyd edək ki, iclasda noyabrın 30-da neft hasilatçısı ölkələr arasında hasilatın azaldılması ilə bağlı əldə olunan anlaşmaya əməl edilməsi və nəzarət mexanizmlərı müzakirə edilib. Küveytin energetika naziri Əssama əl-Mərzukənin sözlərinə görə, hazırda S.Ərəbistanı hasilatı təxminən 1 mln. barel/gün azaldıb və fevralda bunu daha da artıracağını bəyan edib.

 Bir saat sürən iclasda Küveyt, Rusiya, Əlcəzair, Venesuela və Omandan ibarət hasilatın azaldılmasına nəzarət komitəsinin rəhbəri Ə.əl-Mərzukə bildirib ki, bütün ölkələr öz öhdəliklərinə 100% əməl edəcəyini və monitorinq mexanizmləri ilə razılaşdıqlarını vurğulayıb. O, Komitənin monitorinq göstəriciləri ilə bərabər, "İHS Cambridge Energy Research Associates", "Argus Media", və İEA-nın məlumatlarını da nəzərə alacaqlarını xatırladıb.

Hazırda S.Ərəbistanı, Əlcəzair və Küveytin öhdəliklərinə tam, İraq və Venesuelanın 50%-ə yaxın, Rusiyanın isə sadəcə 0,1 mln. barel/gün (33%) əməl etdiyi bildirilir. Rusiyanın energetika naziri Aleksandr Novak qeyd edib ki, anlaşmaya əməl etməyən ölkə cəzalandırılmayacaq: "Bu isə neft qiymətlərinin kəskin azalmağa başlaması durumunda ciddi fəsadlar yarada bilər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR