İnsanlara hürriyət, millətlərə istiqlal!

ARDNŞ və Həmkarlar İttifaqı neftçilərin mənzillərini satıb

2386 25.06.2013 09:49 İqtisadiyyat A A
Qeyd edək ki, Rəhman Şəmiyev S.İbrahimxəlilov küçəsində yerləşən 4 saylı evin (yataqxananın) 110 saylı mənzilində, Lətif Hacıyev 307, Bədirxan Mirzəyev isə 103 saylı mənzildə yaşayıb.
Həmin yataqxana isə 2011-ci ilin dekabrında Nazirlər Kabinetinin 435 saylı qərarı ilə ARDNŞ-in tərkibindən çıxarılıb. Neftçilər bildirirlər ki, ARDNŞ onun olmayan mənzildən neftçiləri qanunsuz olaraq çıxarıb. Bu, azmış kimi, şirkətin mühafizəçiləri həmin evlərə yerləşdiriliblər. Hətta onlara saxta order də verilib: "Biz hətta Dövlət Neft Şirkətini də məhkəməyə verib qalib gəlmişik".
Qeyd edək ki, neftçilərin məhkəmədə hüquqlarını Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi müdafiə edib. Komitənin rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə, neftçilər pasport qeydiyyatında olduqları mənzildən ARDNŞ-in Təhlükəsizlik İdarəsinin qoçuları və həmin vaxt ARDNŞ-in sosial şöbəsinin rəisi işləyən Saday Alıyev tərəfindən zorla çıxarılıblar: “Həmin mənzilə də başqa şəxsləri yerləşdirib. 2011-ci ilin dekabrında Nazirlər Kabinetinin qərarı ilə həmin bina da daxil olmaqla, ARDNŞ-in balansında olan yataqxana və yaşayış binaları 01 yanvar 2012-ci il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən alınaraq rayon icra hakimiyyətlərinin balansına verilib. Komitə mənzil hüququ pozulmuş neftçiləri bütün məhkəmə instansiyalarında- Səbayel, Bakı Apelyasiya və Ali Məhkəmədə müdafiə edib. Ali Məhkəmənin qərarı 20 fevral 2013-cü ildən qüvvəyə minib. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmasına baxmayaraq, 5 aydır ki, Səbayel Rayon İcra Şöbəsinin icra məmuru Əziz Hacıbalayev hər vasitə ilə məhkəmə qərarının icra olunmamasına çalışır. Çox təəccüblüdür ki, neftçilərin qeydiyyatda olduğu və zorla qovulduğu mənzillərə ARDNŞ və Respublika Neft və Qaz sənayesi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin birgə qərarı əsasında, arxa tarixlə 19 mart 2012-ci ildə köçürülən ailələrə qanunsuz orderlər verilib. Halbuki həmin mənzillərdən qovulmuş şəxslər bu mənzillərin qanuni sahibləridir və orderlərə malikdirlər”.
Qeyd edək ki, bir il əvvəl həmin yataqxanada 50-dən çox mənzil ARDNŞ tərəfindən boşaldılırdı. Evlərindən çıxarılan neftçilər bildirir ki, onların qovulması ARDNŞ Sosial İnkişaf İdarəsinin şöbə müdiri Saday Alıyevin başçılığı ilə həyata keçirilib: “Bizi Saday Alıyevin göstərişi ilə evimizdən küçəyə tökdülər. Alıyev özü baş verənlərə nəzarət edirdi, yanındakı qoçu dəstəsi isə bizi döyüb evimizdən qovdu”. Evlərə yerləşdirilən ailələr isə bildiriblər ki, mənzilləri pulla alıblar: “Mən pulumu verib buranı almışam”.
Qeyd edək ki, həmin mənzillər ARDNŞ mühafizə xidmətinin əməkdaşlarına və Elməddin adlı gənc müğənniyə verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR