İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın neft ehtiyatları artıb

1090 20.01.2017 17:50 İqtisadiyyat A A
ABŞ-ın neft ehtiyatları 7-13 yanvar həftəsində 2,347 mln. barel və ya 0,48% artaraq 485,5 mln. barel təşkil edib. 

"Report" ABŞ-ın Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin hesabatına istinadən xəbər verir ki, hesabat həftəsində ölkədə benzin ehtiyatları 5,951 mln. barel artım göstərib. 

Təhlil olunan dövr ərzində ABŞ-da gündəlik neft hasilatı 8,944 mln. barel təşkil edib ki, bu da bir əvvəlki həftə ilə müqayisədə 2 min barel/gün və ya 0,02% azdır. Hesabatın açıqlanmasından sonra "Brent" markalı neftin qiyməti 1,6% azalaraq 53,90 dollar/barelə geriləyib.

"Report"un analitik qrupu neft qiymətlərinin ilk rübdə 50-60 dollar/barel diapazonunda hərəkət edəcəyini proqnozlaşdırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR