İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtda tikinti bumunun səngiməsinin səbəbi

4006 22.05.2014 08:30 İqtisadiyyat A A

Belə ki, şəhərin müxtəlif ərazilərində aparılan söküntüdən sonra birotaqlıların qiyməti çox yüksəlib. Çünki belə mənzillərə tələbat artıb. Bu da onunla bağlıdır ki, bu vaxta qədər həyət evlərində bir yerdə yaşayan və evləri plana düşən ailələr köçəndə ayrı-ayrı mənzillər almağa məcburdur.

Ekspertlər isə tikinti bumunun yaşanmamasının səbəblərini fərqli şəkildə izah edirlər. İqtisadçı alim Vüqar Bayramov qeyd edir ki, əslində sökütülərin tikinti bumu yaratmayacağı öncədən gözlənilirdi: “Belə ki, hazırda söküntü gedən ərazilərdə yeni binaların inşası deyil, daha çox sosial obyektlərin, o cümlədən parkların salınması həyata keçirildiyi üçün tikinti sektorunda xüsusi təklif formalaşmır. Sosial layihələri həyata keçirən şirkətlərin sayının az olması da inşaat sektorunun prosesə tam olaraq qoşulmasına imkan vermir. Digər tərəfdən, inşaat şirkətlərinin bir qismi inşa etdikləri tikililəri tamamlaya bilmirlər.


 Praktik olaraq Bakının bütün zonaları üzrə yarımçıq tikililərə rast gəlinir. Həmin şirkətlərin əksəriyyətinin ciddi kredit borcları var. Bakıda mənzillərin qiymətində artım müşahidə edilsə də, tələbin analoji artımı qeydə alınmır. Qiymət artımları daha çox süni və psixoloji səbəblərlə bağlıdır.

 Tələbə söykənməyən qiymət artımların müşahidə edildiyi sektordasa bumun olması iqtisadi baxımdan mümkün deyil. Bu baxımdan hələlik son söküntülər əmlak bazarına və eləcə də inşaat sektoruna birbaşa təsir göstərmir. Özəl şirkətlərin vəsaiti hesabına sökülən ərazilərdə isə inşa edilən binaların əksəriyyətində qiymət yüksək olduğundan mənzillərin satış problemi var. Satılmayan mənzillər problemi isə inşaat şirkətlərinə fəaliyyətlərini genişləndirmək imkanı vermir. Bu baxımdan, nəinki indi, bütövlükdə yaxın illərdə Bakıda yeni inşaat bumunun yaşanacağı gözlənilmir".


“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı isə bildirir ki, əslində proseslər müzakirələrdəki qədər aydın deyil: “Söküntü ilə bağlı aktiv müzakirələr getsə də, söküntü işləri məhdud coğrafiyanı əhatə edir. Hazırda söküntülər dayanıb, kompensasiya ödənişləri demək olar ki, yoxdur. Bu səbəbdən də tikinti bumu müşahidə olunmur”.


Ekspert Qadir İbrahimli vurğulayır ki, səbəb tikinti şirkətlərinə yaradılmış çox böyük bürokratik problemlərdir və yaradılan maneələrdir: “Şərtlər çox ağırdr. Burada dövlət qurumlarına verilən qeyri-rəsmi ödənişlərdən tutmuş, sənədləşmə işinin mürəkkəbliyinə qədər böyük bir bürokratik problemlər var. İkincisi, Azərbaycanda tikinti bazarı monopoliyaya alınıb. Bu işi bacaran, son 8 ildə bu bazarda olan xeyli orta sahibkar sıradan çıxarılıb. Onlar öz əmlaklarını, bizneslərini keçmiş MDB ölkələrinə köçürməyə, ölkədən çıxarmağa məcbur olublar. Hətta Türkiyəyə, Qazaxıstana, Ukrayna, Moldova kimi ölkələrə köçməyə məcbur olublar. Bu səbəbdən Azərbaycanda hələ ki genişmiqyaslı tikinti bumu yaşanmır və yaxın vaxtlarda da gözlənilmir”.


İqtisadçı Samir Əliyev isə qeyd edib ki, şəhər mərkəzində tikintinin azalması şəhərsalma planına uyğun olaraq icazə verilməməsi ilə bağlıdı: “İcazələr ancaq xüsusi yerlərdə, o cümlədən plana salınmış ərazilərdə, məsələn, Sovetski ərazisində aparılır. Hazırda tikinti bumu daha çox Bakıətrafı ərazilərdə - Xırdalanda, Masazırda aparılır. Bu gün kifayət qədər yaşayış binaları tikilib. Amma onların bir çoxu hələ də sahibsizdir. Mərkəzdə tikintinin saxlanmasının bir səbəbi də həmin binaların satılmamasıdır”.

Röya RƏFİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR