İnsanlara hürriyət, millətlərə istiqlal!

İnterpol hindistanlı milyarderin həbsinə beynəlxalq order verib

640 13.12.2018 16:44 Son xəbər A A

İnterpol Hindistandan qaçan milyarder Mehul Çoksinin həbsinə “qırmızı” bildiriş verib. O, Pəncab Milli Bankından dələduzluq yolu ilə 2 milyard dollardan çox vəsaiti mənimsəməkdə şübhəli bilinir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Hindistanın Təhqiqatlar Bürosu Mehul Çoksi və onun qohumu Nirav Modinin bankın əməkdaşları ilə əlbir olmasını müəyyən etdikdən sonra onlar barəsində axtarış elan edib.

Hindistan tarixində ən böyük dələduzluq faktı 2017-ci ilin sonlarında məlum olub. Bu ilin yanvar ayında isə Çoksi yaxın qohumları ilə birlikdə ölkədən qaçıb. Hazırda onun yeri məlum deyil.

Qeyd edək ki, İnterpolun “qırmızı” bildirişi bu təşkilata üzv ölkələr üçün qanundan qaçan şəxslərin həbsinə verilən beynəlxalq order sayılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR