İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnanılmaz, dəli-dolu anlar, ulduzlu gecələr” – “Maşın” şou başlayır, VİDEO

1199 13.12.2018 15:11 Şou-biznes A A

Bu gün teleməkanın  ən reytinqli layihəsi “Maşın” şou başlayır.

Musavat.com xəbər verir ki, “Hind kinosu” adlanan bu dəfəki şouda da 18 məşhur maşın uğrunda mübarizəyə başlayacaq.

Mediada yayılan məlumatlara görə Allahverdi Yolçuyev,  Samir Cavadzadə, Ramil Nabran, Ranar Musayev, Sərxan Kərəmoğlu, Ələkbər Yasamallı, Taleh Yüzbəyov, Aysel Nazim, Dilarə Kazımova, Səmra Rəhimli, Nazilə Səfərli, Mina Hüseyn, Nara və başqaları yarışacaq.   

“Bizimləsən” verilişində qonaq olan layihənin yaradıcısı və aparıcısı Murad Dadaşov şou haqqında məlumat verib: “Həyatımız hind kinosundan ibarətdir. Həyatımız başdan ayağa hind kinosudur. Hərdən baş verən hadisələri izləyirik, görürük ki, kimsə kimisəni axtarır, tapır. Hind rejissorlar vaxtı ilə bu həyatın təməlini kinolarda qurublar. “Maşın” şouda baş verən hadisələrdən bizim sabahımız, dünənimiz asılı deyil. Baxırıq, özümüzə müəyyən ölçü götürür, kimisə tanıyırıq”. 

Qeyd edək ki, şou saat 22:00-da ATV-də yayımlanacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR