İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə kuboku: Nəhənglər üçün bəraət şansı

776 26.05.2016 21:09 İdman A A

Bir neçə dəqiqə sonra Türkiyə kubokunun final oyunu başlayacaq. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə İstanbul derbisi baş tutacaq.
 
"Qalatasaray" və "Fənərbaxça" mövsümün son oyununda kimin daha güclü olmasına aydınlıq gətirəcəklər.
 
Türkiyə Superliqasında çempionluğu son anda əldən verən “Fənərbaxça” ölkə kubokunu əldə eədərk ili titulla başa vurmaq və azarkeşləri qarşısında bəraət qazanmaq istəyir.
 
"Qalatasaray" isə bərbad keçən mövsümdən sonra ölkə kuboku vasitəsilə Avroliqaya vəsiqə qazanmaq, bununla da UEFA tərəfindən verilən cəzanı növbəti ilə saxlamamaq istəyir.
 
Qeyd edək ki, Antalya stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.
 
Türkiyə kuboku
Final
26 may
 
22:15. "Qalatasaray" - "Fənərbaxça"
Hakimlər: Mete Kalkavan, Ceyhun Sesigüzel, Esat Sancaktar 
Antalya stadionu
 
“Qalatasaray”: Muslera, Semih, Denayer, Hakan Balta, Karole, Selcuq, Emre, Sinan, Sneyder, Yasin, Podolski
 
“Fənərbaxça”: Fabiano, Şener Özbayraklı, Kyaer, Ba, Hasan Ali Kaldırım, Mehmet Topal, Cozef, Alper Potuk, Volkan Şen, Nani, Van Persi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR