İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə KİV: Robert Prosineçki Azərbaycan millisini tərk edir

1185 23.01.2017 21:52 İdman A A

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Bursaspor” futbol klubu Azərbaycanın milli komandasının baş məşqçisi Robert Prosineçki ilə xorvat mütəxəssisin komandaya rəhbərlik etməsi ilə bağlı razılığa gəlib.

Qeyd olunur ki, klub rəhbərliyi ilə məşqçi arasında görüş bu gün Bakıda baş tutub.

Tərəflər 1+1,5 il sxemi üzrə müqavilə barədə razılaşıblar. Gözlənildiyinə görə, yaxın günlərdə Prosineçki Bursaya yollanacaq və orada müqavilə imzalayacaq.

Xatırladaq ki, xorvatiyalı futbol mütəxəssisinin Azərbaycan millisi ilə müqaviləsi yalnız 2018-ci ildə başa çatır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR