İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbriz Həsənov: "Müdafiə xəttində müəyyən çatışmazlıqlar var"

1197 11.01.2017 19:36 İdman A A
"Maraqlı oyun oldu. İlk matçımızda olduğu kimi, yenə xeyli qol epizodu yaratdıq. Təəssüf ki, yalnız 2 qol vura bildik". 

"Report"un məlumatına görə, bunu FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə iştirak edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov Qazaxıstanla görüşdən sonra deyib.

Baş məşqçi yığmanın müdafiə xəttində problemlərin olduğunu bildirib: "Arxa xətdə bir qədər çatışmazlıq var. Ümumilikdə bu oyunlar, bu turnir bizim üçün çox əhəmiyyətlidir. Səhvlərmizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik".

Qazaxıstan yığmasının baş məşqçisi Aleksandr Kuznetsov isə Azərbaycanın güclü komanda olduğunu söyləyib: "Rəqibin başqa turnirlərdəki oyunlarını izləmişdik. Bu komandanı yaxşı tanıyırdıq. Güclü yığmadır, futbolçularının çoxu təcrübəlidir. Xüsusilə, topa yaxşı nəzarət edirlər. Ümumi götürsək, oyun çox xoşuma gəldi. Hər iki komanda yaxşı oynadı".

Qeyd edək ki, ilk oyunda Litvaya 1:2 hesabı ilə məğlub olan Azərbaycan yığması bu gün Qazaxıstanla sülh bağlayıb - 2:2.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR