İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid Famil Qulaminin xatirəsinə kikboksinq yarışması keçiriləcək

1190 12.08.2015 20:44 İdman A A
Avqustun 15-16-17-si tarixlərində Tərtər rayonunda 1997-1998, 1999-2000, 2001-2003, 2004-2006, 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında şəhid Famil Qulaminin xatirəsinə həsr olunmuş kikboksinq üzrə Tərtər Kuboku keçiriləcək. 

Tədbir Tərtər rayon İcra Hakimiyyəti, Tərtər Gənclər və İdman İdarəsi, Tərtər Patron Kikboksinq Klubunun birgə əməkdaşlığı ilə baş tutacaq. Kikboksinq klubu keçirdiyi tədbirləri əsasən şəhidlərə həsr edir. Belə tədbirlərin qəhrəman şəhidlərin adına həsr olunması əsasən bölgələrdə gənclərin və yeniyetmələrin arasında vətənpərvərlik hisslərinin aşılanması və idmana həvəsin daha da artırılması üçün bir fürsətdir. Zabit Famil Qulami Minaatan Tağımın komandiri olaraq Tərtər Könüllülər Batalyonunda döyüşüb. 1992-ci il iyun ayının 9-da Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Torpaqtəpə əməliyyatında şəhid olub.

Musavat.com




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR