İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov qələbəni şərh etdi

1979 06.12.2015 22:00 İdman A A
“Düşünürəm ki, düzgün komplektləşmiş bir komandaya qarşı çıxış etdik və çox vacib bir qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Topaz Premyer Liqasının XV turu çərçivəsində baş tutan “İnter”lə oyundan sonra qalibiyəti şərh edən ağdamlıların çalışdırıcısı fikirlərini bölüşüb: “Bu gün oyunçular səbrli idilər, tələsmədilər. Daninin yaxşı qolu ilə qələbə qazandıq. Oyunda etdiyim dəyişikliklər əvvəlcədən planlaşdırılmışdı. Matç da buna uyğun idi. Topla daha çox davrana bildik. Rəqib səni məcbur edəndə top itkiləri olur. Amma elə epizodlar var ki, soyuqqanlı davranmalısan”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR