İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi Ronaldo ilə münasibətlərindən danışıb

2440 18.01.2017 11:37 İdman A A
İspaniyanın "Barselona" klubu və Argentina millisinin futbolçusu Lionel Messi "Real Madrid"in lideri Kriştianu Ronaldoya münasibətindən danışıb. 

"Report"un məlumatına görə, Messi Ronaldo ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib.

 Onun fikrincə, portuqaliyalı hücumçu dahi oyunçudur və çox şeyə nail olub. Lakin 30 yaşlı qolçu motivasiyasının klubu və ölkəsi üçün kuboklar qazanmaqdan ibarət olduğunu vurğulayıb: "Mən heç vaxt keçmiş uğurlarıma boylanmamışam. Ola bilsin, bunu karyeramı bitirdikdən sonra edəcəyəm. Lakin hazırda yalnız irəli baxır və yeni qələbələrə can atıram". 

Qeyd edək ki, Lionel Messi ilə Kriştianu Ronaldo arasında münasibətlərin qaydasında olmadığına dair iddialar dəfələrlə səsləndirilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR