İnsanlara hürriyət, millətlərə istiqlal!

“Futbolçular dərk eləməlidirlər...” - Qurbanov

1419 31.10.2015 23:20 İdman A A
Bu gün Topaz Premyer Liqasında XI tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, "Qarabağ" doğma meydanda AZAL-ı 2:0 hesabı ilə məğlub edib.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionudakı ("Azərsun Arena") matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:

“Oyun bir daha göstərdi ki, hər bir komanda çətin rəqibdir. Bütün komandalar təhlükəlidir. Odur ki, götürülən xallar böyük bir addımdır. Bütün bunları futbolçular dərk eləməlidirlər və hər bir oyunda maksimum mübarizə aparmalıdırlar. AZAL da bu gün bizə rahat futbol oynamağa imkan vermədi. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşləri təbrik edirəm. Eyni zamanda, ikinci qolunu vuran Raydell Puponu təbrik etmək istərdim. İnşallah, Raydell bundan sonra da hər oyun qol vurar, amma bunun çətin olduğunu bilirik. Lakin çox çalışan Pupon bunu haqq edir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR