İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barselona” braziliyalı futbolçu ilə müqavilə bağlayıb

1840 19.01.2017 10:49 İdman A A
“Barselona” rəhbərliyi braziliyalı futbolçu Marlon Santosla əməkdaşlığı uzun müddətə davam etdirmək qərarına gəlib. 

Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalılar keçən il icarəyə götürdükləri müdafiəçinin transfer hüququnu birdəfəlik alıblar.
 
Bunun üçün “Fluminense” klubuna 2 milyon avro ödəniləcək. 21 yaşlı “sambaçı” “Barselona” ilə 5 illik müqavilə imzalayıb.
 
“Barselona”nın 2016-cı ildə cəlb etdiyi Marlon əvəzedici komandanın formasını geyinib. Əsas komandada rəsmi oyuna çıxmayan futbolçu “Barselona B”də 9 matçda iştirak edib.
 
Qeyd edək ki, Marlon Braziliyanın U-20 yığmasının da üzvüdü. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR