İnsanlara hürriyət, millətlərə istiqlal!

Argentina və Uruqvay 2030-cu il dünya çempionatını birgə təşkil etmək istədiklərini bəyan edib

387 26.10.2016 13:07 İdman A A
 Argentina və Uruqvay yığmaları 2030-cu il dünya çempionatına birgə təşkilatçılıq üçün ərizə verəcək. 

"Report"un məlumatına görə, hər iki ölkə belə bir planlarının olduğunu təsdiqləyib.
Argentina prezidenti Maurisio Makri qonşu ölkə ilə birgə işləmək arzusunda olduqlarını açıqlayıb. Buenos-Ayresdə keçirilən birgə mətbuat konfransında onun uruqvaylı həmkarı Tabare Vaskes də belə niyyətlə çıxış edib.

Qarşıdakı dünya çempionatı 2018-ci ildə Rusiyada keçiriləcək. 2022-ci il mundialını Qətər qəbul edəcək. 2026-cı ildə çempionata Şimali Amerika - ya ABŞ, ya da bu ölkə ilə Kanada müştərək ev sahibliyi edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR