İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Turan Çempionlar Liqasında həftənin oyunçusu seçilib

1305 09.12.2016 20:32 İdman A A
 UEFA Çempionlar Liqasının VI turunun ən yaxşı oyunçusunu açıqlayıb. 

"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ada İspaniyanın "Barselona" klubunun türkiyəli futbolçusu Arda Turan layiq görülüb.

Yarımmüdafiəçi qrup mərhələsinin son turunda Almaniyanın "Borussiya" (Münhenqladbax) komandası ilə qarşılaşmada 3 qol vurub və bir qol ötürməsi edib. Həmin görüş kataloniyalıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
A.Turan 58 faiz səs toplayıb. Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski 17 faiz, Ukraynanın "Dinamo" (Kiyev) klubunun futbolçusu Andrey Yarmelonko isə 8 faiz səsə sahib olub.
Qeyd edək ki, siyahıda Kərim Benzema ("Real Madrid", İspaniya), Andre Silva ("Portu", Portuqaliya), Lukas Perez ("Arsenal", İngiltərə), Qonsalo İquain ("Yuventus", İtaliya) və Harri Keyn ("Tottenhem", İngiltərə) də yer alıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR