İnsanlara hürriyət, millətlərə istiqlal!

MAHMUD QURBANOV POLİSDƏ İFADƏ VERİB

1526 23.08.2010 16:26 İdman A A

"Var.az"a açıqlamasında qəzetin redaktoru Rəşad Ergün və təsisçisi Kənan Məstəliyev sabah mətbuat konfransı keçirəcəklərini bildirib. Konfrans saat 12:00-da RATİ-də keçiriləcək.

Artıq Mahmud Qurbanovun “sücaəti” ilə bağlı “Bakı” futbol klubu da öz mövqeyini bildirib. Belə ki, klub tərəfindən Mahmud Qurbanova xəbərdarlıq edilib. Klubun, o cümlədən, Azərbaycan futbolunun adına yaraşmayan hərəkətlərin yolverilməzliyi və onun ciddi şəkildə cəzalandırılacağı futbolçunun diqqətinə çatdırılıb. Mahmud Qurbanov qəzetin ötən sayında nəşr olunan və futbolçunun fikrincə, onun mənliyini təhqir edən, şərəf və ləyaqətini alçaldan yazıya emosional şəkildə münasibət bildirdiyindən peşman olduğunu ifadə edib. Bütün bunlarla bərabər, "Bakı" futbol klubu başvermə səbəbindən asılı olmayaraq, mətbuat nümayəndələrinə qarşı yönələn istənilən hərəkətləri utancverici və yolverilməz sayır, gələcəkdə belə halların yaşanmaması üçün lazımlı addımların atılacağını bildirir.

Media Hüquq İnstitutu da "Komanda" qəzetinin baş redaktoru Eldəniz Ergünün döyülməsi ilə bağlı açıqlama yayıb. Jurnalistin döyülməsi faktını pisləyən qurum rəhbərliyi Daxili İşlər Nazirliyini, əlaqəli digər hüquq mühafizə orqanlarını baş vermiş hadisəni araşdırmağa, qanunsuzluq edənlərin cəzalandırılması üçün gərəkli ölçülər götürməyə, nəticələr barədə topluma məlumat verməyə çağırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR