İnsanlara hürriyət, millətlərə istiqlal!

“Huawei” şirkətinin həbs edilən maliyyə direktorunun üstündən 7 saxta pasport çıxıb

2925 11.12.2018 01:29 Gündəm A A

Bu günlərdə Kanadanın Мankuver hava limanında ABŞ hüquq mühafizə orqanlarının sorğusu əsasında həbs edilən Çinin telekommunikasiya nəhəngi “Huawei” şikətinin maliyyə direktoru Men Vançjounun müxtəlif adlar altında 3 pasportdan istifadə etdiyi ortaya çıxıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Sabrina Men kimi də bilinən Men Vançjounun ümumilikdə 7 pasportu olub. Onlardan 3-ü Honk Kong, 4-ü isə Çin dövlətinə məxsusmuş. 2014-2017-ci illər aralığında Vançjou həmin pasportlarla ABŞ və Kanadaya 33 dəfə səfər edib. Men Vaçnçjounun hər yeni ada uyğun olaraq pasportu alan zaman köhnələri atmadığı da aşkar olub.

Hətta “Huawei” top menecerinin buraxılmasını tələb edən ÇXR belə saxta pasportlarla bağlı xüsusi təhqiqat aparılacağını bəyan edib.

Xatırladaq ki, “Huawei” şirkətinin maliyyə direktoru ABŞ-ın Nyu York şəhərinin Şərq dairəsi prokurorluğunun sorğusu əsasında həbs edilib. Vançjou ABŞ-ın İrana qaşrı sanskiyalarını pozmaqda ittiham edilir.
Bundan başqa, həm “Huawei”, həm də Çini digər mobil telefon istehsalçısı ZTE telefon qurğularının içinə casus cihazları yerləşdirilməsində günahlandırılır.

Ä°lgili resim

Men Vançjounu həbsindən sonra dünya birjalarında fəaliyyət göstərən iri telekommunikasiya şirkətlərinin səhmləri olduqca aşağı düşüb.

Yaponiyanın Nikkei indeksi 2,3%, Cənubi Koreyanın Kospi indeksi isə 1,5% dəyər itirib.

Siyasi ekspertlər Men Vançjonun həbsini ABŞ-ın İranla bağlı sanksiyalarda niyyətinin ciddiliyini göstərmək üçün “havaya açdığı atəş” olaraq qiymətləndirirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR