İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyatımız təhlükədədir - Ölüm sizi bu yerlərdə yaxala bilər - VİDEO

1773 19.01.2017 12:44 Son xəbər A A
Odla oynamaq olmaz deyirlər. Ancaq unutmaq olmaz ki, yanğın təhlükəsizliyi  qaydalarına əməl etməmək elə odla oynamağa bərabərdir.

ARB 24 xəbər verir ki, müşahidələr göstərir ki, müxtəlif təyinatlı obyektlərdə yanğın təhlükəsinə laqeyd yanaşanların sayı heç də az deyil. Əhalinin daha çox üz tutduğu yerlərdən biri iaşə obyektləridir. Burada da yanğın təhlükəsizliyi qaydalarına riayət etmək cavabdeh şəxslərin yadından çıxır. Ən dəhşətlisi isə odur ki, yanğın təhlükəsizliyi qaydalarına biganəlik sosial obyektlərdən də yan keçməyib. Çəkiliş aparmaq istədiyimiz bağça və məktəbdə bizi maraqlandıran sualı doğru-dürüst cavablandıran tapılmadı. Cavabdeh şəxslərdən fərqli olaraq qanun bu kimi hallara laqeyd yanaşmır.

Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində yanğın təhlükəsizliyi qaydalarına əməl etməyənləri Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinə əsasən, üç yüz əlli manatdan beş yüz manatadək cərimə gözləyir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR