İnsanlara hürriyət, millətlərə istiqlal!

Havası çatışmırdı, təyyarənin pəncərəsini açdı

1058 19.12.2018 04:22 Maraqlı A A

Çində yayımlanan “South Chine Morning Post” qəzetinin xəbərinə görə, Hangzhou şəhərindən Çendguya uçuşa hazırlaşan "Xiamen" hava yolu şirkətinə aid bir təyyarədə qəza çıxış qapısının açılması ilə sərnişinlər ciddi panikaya düşüblər. Təyyarə havaya qalxmaq istəyəndə yaşanan bu hadisənin səbəbkarı isə sərnişinlərdən biri olub.

Bəzi sərnişinlər gördüklərini sosial mediada paylaşmaq üçün cib telefonları ilə baş verənləri çəkiblər. Bu şəkli paylaşan sərnişinlərdən biri isə aşağıdakıları yazıb: “Bir sərnişinin qəza qapısını açdığını ilk dəfə idi ki, görürdüm. Bizə dedi ki, sadəcə, təmiz hava almaq istəyir... Ümid edirəm, uçuşumuz çox da təxirə salınmayacaq”.

Hər hansı bir zərər olmadığı üçün hava yolu şirkəti sərnişin haqda cəza tədbiri görməyəcək. Çünki bu, onun ilk uçuşu olub və etdiyi hərəkət də hər hansı itkiyə, problemə səbəb olmayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR