İnsanlara hürriyət, millətlərə istiqlal!

Xətaidə dəhşətli qəza: yaralanan var – VİDEO

3134 11.01.2017 15:24 Hadisə A A

Xətai rayonunda yol qəza hadisəsi olub.

ARB TV xəbər verir ki, Nobel prospektində “Toyota” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Zərbə güclü olduğundan “Toyota” yol kənarındakı səkiyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Onların səyi nəticəsində avtomobildə sıxılaraq qalan sükan sahibi oradan çıxarılaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.
 
Baş verən hadisə ilə bağlı prospektdə bir müddət tıcax yaransa da, sonradan bu vəziyyət aradan qaldırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR