İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda polis maşını ilə minik avtomobili toqquşub, ölən və xəsarət alan var

1050 23.01.2017 21:02 Hadisə A A

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsinə məxsus “Fiat” markalı Post-Patrul avtomobili ilə rayonun Azadtəpə kənd sakini, 1992-ci il təvəllüdlü Rəşad Qədimalıyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub.
 
“VAZ-21011”də olan sərnişin, Tovuz şəhər sakini, 1986-cı il təvəllüdlü Tural Əskərov hadisə yerində ölüb. Sürücü isə ağır bədən xəsarətləri alıb. O, Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR